Gürcüstanda dekabrın 1-dək əsasən yağmursuz hava şəraiti davam edəcək, dekabrın 1-dən bəzi yerlərdə yağış, dağlıq ərazidə isə qar yağacaq
Milli Ətraf Mühit Agentliyi 29-30 noyabr və dekabrın 1-də gözlənilən hava şəraiti ilə bağlı məlumat yayır.
Sinoptiklərin proqnozuna görə, dekabrın 1-dək Gürcüstanda əsasən yağmursuz hava şəraiti davam edəcək, dekabrın 1-dən isə bəzi yerlərdə yağış, yüksək dağlıq ərazilərdə qar yağacaq.
Tbilisidə hava əsasən yağmursuz olacaq, havanın gündüz saatlarında +13, +15 dərəcə qeydə alınacaq.
“Sahilyanı bölgələrdə (Batumi, Kobuleti, Anaklia, Poti) noyabrın 29-30-da isti və yağmursuz hava şəraiti gözlənilir, dekabrın 1-də buludlu olacaq, yağmur yağacaq və sərin keçəcək, dekabrın 1-də havanın temperaturu gündüz saatlarında +14, +16 dərəcə qeydə alınacaq.
Qərbi Gürcüstanın aran rayonlarında (Zestaponi, Kutaisi, Samtredia, Zuqdidi, Martvili, Ozurqeti) noyabrın 29-30-da isti və yağmursuz hava gözlənilir, dekabrın 1-də isə buludlu olacaq, yağmur yağacaq və sərin keçəcək. Dekabrın 1-də havanın temperaturu gündüz saatlarında +13, +15 dərəcəyə enəcək.
Qərbi Gürcüstanın dağlıq rayonlarında (Ambrolauri, Oni, Tsaqeri, Şovi, Çiatura, Saçxere, Xulo, Rikoti Poti) noyabrın 29-30-da hava şəraitinin isti və yağmursuz keçəcəyi gözlənilir, dekabrın 1-də buludlu olacaq, yağmur yağacaq və sərin keçəcək. Dekabrın 1-də havanın temperaturu gündüz saatlarında +11, +13 dərəcəyədək enəcək.
Qərbi Gürcüstanın yüksək dağlıq rayonlarında (Mestia, Baxmaro): noyabrın 29-30-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir, dekabrın 1-də bəzi yerlərdə qar yağacağı gözlənilir. Dekabrın 1-də havanın temperaturu gündüz saatlarında +6, +8 dərəcəyədək enəcək.
Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Tsxinvali): noyabrın 29-30-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir, dekabrın 1-də bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz saatlarında +14, +16 dərəcə qeydə alınacaq.
Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistsğaro): noyabrın 29-30-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir, dekabrın 1-də bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz +15, +17 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında (Axaltsixe, Borcomi, Duşeti, Tianeti, Pasanauri): noyabrın 29-30-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir, dekabrın 1-də bəzi yerlərdə yağış yağacaq. Havanın temperaturu gündüz +11, +13 dərəcə qeydə alınacaq.
Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo): noyabrın 29-30-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir, dekabrın 1-də bəzi yerlərdə qar yağacağı gözlənilir. Dekabrın 1-də gündüz saatlarında havanın temperaturu +3, +5 dərəcəyədək enəcək”, – Milli Ətraf Mühit Agentliyinin yaydığı məlumatda deyilir.