Gürcüstanda Ailə Müqəddəsliyi və Valideynlərə Hörmət Günü qeyd olunur
Gürcüstanda Ailə Müqəddəsliyi və Valideynlərə Hörmət Günü qeyd olunur

Ailə Müqəddəsliyi və Valideynlərə Hörmət Günü ilə əlaqədar bu gün, mayın 17-də Tbilisidə və böyük şəhərlərdə yürüş keçiriləcək.

Tbilisidə din xadimləri və möminlər saat 10:00-da Müqəddəs Qiorqi adına Kaşveti kilsəsində toplaşacaqlar.

Kaşveti yaxınlığında toplaşan yürüş iştirakçıları saat 11:00-da təntənəli dua mərasimi ilə Ümumi Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta -Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum-Abxaziya mitropoliti, Müqəddəs və Mübarək üçüncü Şionun ilk bayram ibadətini icra edəcəyi Əqdəs Üçlük patriarxlıq məbədinə doğru yürüşə başlayacaqlar.

Yığıncaq növbəti şəhərlərdə keçiriləcək: Tbilisi – Kaşueti məbədi; Rustavi – meriası; Kutaisi – Ağmaşenebeli adına məbəd; Qori – Diriliş məbədi; Batumi – kafedral məbədi; Axalsixe – Merac məbədi; Zuqdidi – Dadianilər məbədi; Telavi – Məryəm Ana məbədi; Mtsxeta – Teatron; Ozurqeti – kafedral məbədi.