Gürcüstanda Ailə Müqəddəsliyi və Valideynlərə Hörmət Günü qeyd olundu [Foto]
Gürcüstanda Ailə Müqəddəsliyi və Valideynlərə Hörmət Günü qeyd olundu.
Bugünkü günlə əlaqədar olaraq Tbilisi və böyük şəhərlərdə yürüş keçirilib. Tbilisidə din xadimləri və möminlər saat 10:00-da Müqəddəs Qiorqi adına Kaşveti kilsəsinə toplaşıblar. Kaşvetidə toplaşan yürüş iştirakçıları saat 11:00-da təntənəli dua yürüşü ilə Əqdəs Üçlük patriarxlıq məbədinə yola düşdülər. Burada Ümumi Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta -Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum-Abxaziya mitropoliti Üçüncü Şio ilk bayram liturgiyasını keçirdi. Liturgiyada müxtəlif kilsələrin nümayəndə heyətləri və hakimiyyət nümayəndələri iştirak etdilər və liturgiya bitdikdən sonra məbəddə toplaşanlara müraciət etdilər.
Tbilisidən başqa, Rustavi, Kutaisi, Qori, Batumi, Axaltsixe, Zuqdidi, Telavi, Msxeta və Ozurqetidə də ümumi yürüş keçirildi.














