İlk Demokratik Respublikanın yaradılmasının 100 illik yubiley tarixi ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün, Gürcüstana Ermənistan prezidenti, Armen Sarqsiyan gəldi.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Ermənistan prezidentini Tbilisi Beynəlxalq Aeroportunda Xarici işlər nazirinin müavini, David Dondua qarşıladı.
“Xoşdur ki, bizim partnyor və dost ölkələr bu cür yüksək səviyyəli nümayəndə heyəti ilə Tbilisiyə gəlirlər ki, bizimlə birlikdə İlk Demokratik Respublikanın yaradılmasının 100 illik yubileyini qeyd etsinlər. Bu, Ermənistanın yeni seçilmiş prezidentinin Gürcüstana ilk səfəridir. Bir neçə gündən sonra, bizim erməni dostlarımız da öz müstəqillyinin 100 illiyini qeyd edəcəklər. Fürsətdən istifadə edərək, onları bu gün münasibəti təbrik etmək istəyirəm. Biz təsdiq etdik ki, birlikdə, əməkdaşlıqla bir çox nailiyyət əldə edə bilərik”, – Xarici işlər nazirinin müavini bəyan etdi.