Gürcüstana bu il 9272 İran və 4238 Hindistan vətəndaşını buraxmadılar
Gürcüstana bu il 9272 İran və 4238 Hindistan vətəndaşını buraxmadılar

Cari ilin başlanğıcından 20 oktyabr daxil olmaqla dövlət sərhədinə daxil olmanın 21975 faktına mənfi cavab verildi. Gürcüstan Daxili İşlər Nazirliyinin göstəricilərinə görə, ölkəyə bu il 9272 İran və 4238 Hindistan vətəndaşını buraxmadılar.

Beşliyə həmçinin Azərbaycan (1607), Türkiyə (1231) və Rusiya (949) daxildir. Bundan başqa, Ermənistan 507, Türkmənistan 430, Pakistan 392, Özbəkistan 386, Misir 288, İraq 234, Qazaxıstan 206, Qırğızıstan 168, Suriya 165, Yəmən 152, Filippin 136, Çin 125, Moldova 121, Əfqanıstan 110, İordaniya və Şri-Lankanın 105 vətndaşını ölkəyə buramadılar.