Gürcüstanın basketbol yığması Avrobasketin qrup mərhələsinin son turunda Bosniya və Herseqovinaya məğlub oldu, lakin 1/8 finala çıxmaq şansı qalırdı. Bunun üçün isə qrupun son oyununda Yunanıstanın İspaniyanı məğlub etməsi lazım idi.
Və belə də oldu, gərgin mübarizədə yunanlar İspaniyanı 90:86 hesabı ilə məğlub etdilər və Gürcüstan yığması tarixində üçüncü dəfə ikinci mərhələyə yüksəldi.
Yığmamız 1/8 finalda Fransa ilə qarşılaşacaq. Matç sentyabrın 7-də keçiriləcək.