Gürcüstan Xarici İşlər Nazirliyi - Yaxın Şərqdəki vəziyyəti diqqətlə və dərin narahatlıqla izləyirik, gərginliyin azaldılmasına nail olmaq üçün diplomatik səylərin əhəmiyyətini vurğulayırıq
Gürcüstan Xarici İşlər Nazirliyi - Yaxın Şərqdəki vəziyyəti diqqətlə və dərin narahatlıqla izləyirik, gərginliyin azaldılmasına nail olmaq üçün diplomatik səylərin əhəmiyyətini vurğulayırıq

Gürcüstan Xarici İşlər Nazirliyi Yaxın Şərqdəki vəziyyəti dərin narahatlıqla yaxından izləyir. Gərginliyin azaldılmasına nail olmaq və regionda sabitliyin təmin edilməsi üçün diplomatik səylərin vacibliyini vurğulayırıq, – bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd edilib.

XİN-in bildirdiyinə görə, region ölkələrindəki Gürcüstan səfirlikləri zərurət yarandığı halda Gürcüstan vətəndaşlarına lazımi yardımı göstərməyə hazırdır.

“Biz Gürcüstan vətəndaşlarını rəsmi təlimatlara əməl etməyə və öz təhlükəsizliklərini təmin etmək üçün bütün zəruri tədbirləri görməyə çağırırıq. Region ölkələrindəki Gürcüstan səfirlikləri tam şəkildə fəaliyyət göstərir və zərurət yarandığı halda Gürcüstan vətəndaşlarına kömək göstərməyə hazırdırlar”, – deyə bəyanatda qeyd edilib.