Gürcüstan və Serbiya prezidentləri həyat yoldaşları ilə birlikdə Patriarx Üçüncü Şio ilə görüşüblər
Gürcüstan və Serbiya prezidentləri həyat yoldaşları ilə birlikdə Ümumi Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta -Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum-Abxaziya mitropoliti Üçüncü Şio həzrətləri ilə görüşüblər. Bu barədə məlumatı Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili sosial şəbəkədə yayır.
Görüş Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin Gürcüstana rəsmi səfəri çərçivəsində Gürcüstan Patriarxlığında keçirilib.
“Əziz qonaqlarımızla birlikdə Ümumi Gürcüstanın Katolikos-Patriarxı, Mtsxeta -Tbilisi arxiyepiskopu, Bicvinta və Tsxum-Abxaziya mitropoliti Üçüncü Şio həzrətləri ilə görüşmək bizim üçün çox böyük şərəf idi.
Görüşdə pravoslav xalqlarımız arasında mövcud olan çoxəsrlik tarixi, mədəni və mənəvi əlaqələrdən danışdıq. İkitərəfli dostluq münasibətlərinin daha da dərinləşdirilməsinin və ölkələrimiz arasındakı tərəfdaşlığın əhəmiyyətini növbəti dəfə yekdilliklə vurğuladıq”, – Ğavelaşvili sosial şəbəkədə yazır.