Gürcüstan və Özbəkistan arasında Strateji Tərəfdaşlıq Sazişi imzalanıb
Gürcüstan və Özbəkistan Respublikası arasında Strateji Tərəfdaşlıq Sazişi imzalanıb.
Gürcüstan Hökuməti Administrasiyasının məlumatına görə, iki ölkə arasındakı münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldıran birgə bəyannaməni Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev imzalayıblar.
“İki ölkə hökumət üzvlərinin geniş tərkibli danışıqlarından sonra, Gürcüstan və Özbəkistan Respublikasının müvafiq qurumları arasında iqtisadiyyat, səhiyyə, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı, maliyyə, gömrük, təhsil, informasiya-kommunikasiya texnologiyaları və mədəniyyət sahələrində əməkdaşlığa dair memorandumlar da imzalanıb”, – məlumatda deyilib.