Gürcüstan və İspaniya arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və mübadiləsi haqqında razılaşma qüvvəyə mindi
Gürcüstan və İspaniya arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və mübadiləsi haqqında razılaşma qüvvəyə mindi

 
Gürcüstan hökuməti ilə İspaniya Krallığı hökuməti arasında milli sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və mübadiləsi haqqında razılaşma qüvvəyə mindi. Məlumatı Gürcüstanın Daxili İşlər Nazirliyi yayır.

Razılaşmaya əsasən, tərəflər tərəfindən verilmiş etibarlı sürücülük vəsiqəsinin sahibləri nəzəri və ya praktiki imtahandan keçmədən qanuni yaşayış yeri hesab edilən dövlətdə bərabər gücə malik sürücülük vəsiqəsi ala biləcəklər.

“Gürcüstan İrlandiya və Yunanıstan Respublikası ilə də oxşar razılaşmalar imzalayıb.

Gürcüstan hökuməti və Yunanıstan Respublikası hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və mübadiləsi haqqında razılaşma tərəflər tərəfindən müvafiq daxili prosedurlar başa çatdıqdan sonra qüvvəyə minəcək, İrlandiyada isə gürcü sürücülük vəsiqələrinin mübadiləsi artıq mümkündür” – Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.