Gürcüstan və Azərbaycanın daxili işlər nazirləri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər və Abanotubanidə yerləşən abidəni əklillə bəzəyiblər
Gürcüstan və Azərbaycanın daxili işlər nazirləri Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər və Abanotubanidə yerləşən abidəni əklillə bəzəyiblər

Gürcüstanın daxili işlər naziri Qeka Qeladze və Azərbaycan Respublikasının daxili işlər naziri Vilayət Eyvazov Azərbaycan Respublikasının üçüncü Prezidenti Heydər Əliyevin xatirəsini ehtiramla yad edib və Tbilisidə Abanotubanidə yerləşən Heydər Əliyevin abidəsini əklillə bəzəyiblər.

DİN-nin məlumatına görə, bundan başqa, Azərbaycan nümayəndə heyəti “İctimai Təhlükəsizlik İdarəetmə Mərkəzi 112”-yə baş çəkib, burada Daxili İşlər Nazirliyinin nümayəndələri qonaqları bölmənin fəaliyyəti və infrastrukturu ilə ətraflı tanış ediblər.

Rəsmi səfərin sonunda Azərbaycan Respublikasının daxili işlər naziri səmimi qarşılanma və məhsuldar görüş üçün gürcü həmkarına tərəfinə təşəkkürünü bildirib.