Gürcüstan və Azərbaycan arasında Azərbaycandan qazın alqı-satqısı müqaviləsi 20 il müddətinə uzadılacaq, bu da sosial qaz təchizatının təhlükəsizliyinə zəmanət verilməsi deməkdir
Gürcüstan və Azərbaycan arasında Azərbaycandan qazın alqı-satqısı müqaviləsi 20 il müddətinə uzadılacaq, bu da sosial qaz təchizatının təhlükəsizliyinə zəmanət verilməsi deməkdir

Azərbaycandan qazın alqı-satqısı müqaviləsi 20 il müddətinə uzadılacaq, bu da sosial qaz təchizatının təhlükəsizliyinə zəmanət verilməsi deməkdir, – bu barədə Gürcüstan hökumətinin yaydığı məlumatda deyilir.

Yayılan məlumatda qeyd edildiyi kimi, iki ölkə arasında energetika və nəqliyyat sektorunda sazişlər paketi imzalanıb ki, bura aşağıdakılar daxildir: Gürcüstan və Azərbaycan arasında elektrik enerjisinin tədarükü və tranzit hərəkətinin əsas şərtlərinə dair 20 illik hökumətlərarası saziş; Azərbaycandan qazın alqı-satqısına dair 2003-cü ildə imzalanmış müqavilənin müddətinin 20 il müddətinə uzadılması, bu da sosial qaz təchizatının təhlükəsizliyinə zəmanət verilməsini nəzərdə tutur.

Sənədləri Gürcüstan tərəfindən İqtisadiyyat və Dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycan tərəfindən isə İqtisadiyyat naziri Mikayıl Cabbarov və Energetika naziri Pərviz Şahbazov imzalayıblar.

Həmçinin, İkitərəfli Koordinasiya Şurasının protokolu imzalanıb və buna əsasən, yeni Bakı-Tbilisi-Qars dəmir yolu hissəsinin tam istismara verilməsi nəzərdə tutulub. Sənədi Gürcüstanın İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Mariam Kvrivişvili və Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.

Tərəflər arasında əldə olunmuş razılığa əsasən, 6 illik fasilədən sonra Tbilisi və Bakı arasında gündəlik sərnişin dəmir yolu əlaqəsi mayın 26-dan bərpa olunacaq.

Sənədlərin imzalanma mərasimində Gürcüstanın Baş naziri İrakli Kobaxidze və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak ediblər.