Gürcüstan-Türkiyə sərhədindən keçiş yenə köhnə requlyasiyalarla davam edir
Acara iqtidarının sədri Zurab Pataradze Türkiyənin Gürcüstandaki konsulu Makbule Koçakla görüş zamanı Sarp keçid məntəqəsində mövcud olan vəziyyəti və Türkiyə-Gürcüstan əməkdaşlığının detallarını müzakirə etdi.
Tərəflər yenə bir daha vurğuladılar ki, Türkiyəyə gediş-gəliş prosesi yenə köhnə qayda ilə davam edəcək və bu, iki ölkə arasında koordinasiyalı çalışmanın nəticəsidir.
“Hər iki tərəf üçün optimal və düzgün siyasətin mövcud olması önəmlidir. İnanıram ki, yaxın günlərdə planlaşdırılan məsləhətləşmələr nəticəsində, hər iki ölkə üçün əlverişli nəticə əldə olunacaq və vətəndaşlarımız üçün Türkiyəyə gediş-gəliş artıq problem olmayacaq” – dedi Zurab Pataradze.
Makbule Koçak Türkiyə Respublikasının konsulu vəzifəsinə 2018-ci ildə təyin edildi.