Gürcüstan Texniki Universiteti yaxınlığında aksiya
Gürcüstan Texniki Universiteti yaxınlığında aksiya

Gürcüstan Texniki Universitetinin inzibati binasının yaxınlığında etiraz aksiyası keçirilib. Akademik və elmi dairələr, həmçinin tələbələr iki universitetin birləşməsi ilə bağlı qəbul edilmiş qərarın ləğvini tələb edirlər. Onlar nazir və Parlament Təhsil Komitəsinin nümayəndələri ilə görüşməyə və iki universitetin birləşməsinin əsassız olması ilə bağlı əsaslandırılmış arqumentlər təqdim etməyə hazırdırlar.

Universitet yaxınlığında toplaşanlara rektor Davit Qurqenidze müraciət edib. Qurqenidzenin bildirdiyinə görə, o istefa vermək niyyətində deyil. Qurqenidzenin qeyd etdiyi kimi, o, Akademik Şuranı toplamağı və məsələ ilə bağlı açıq müzakirə keçirməyi planlaşdırır.