Gürcüstan Sərhəd Polisi İnterpol tərəfindən "qırmızı bülleten"lə axtarışda olan bir şəxsi saxlayıb
Gürcüstan Sərhəd Polisi İnterpol tərəfindən "qırmızı bülleten"lə axtarışda olan bir şəxsi saxlayıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisi Batumidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində xüsusilə ağır cinayət — adam öldürmə faktına görə Türkiyə hüquq-mühafizə orqanları tərəfindən qırmızı bülletenlə beynəlxalq səviyyədə axtarışda olan, 1974-cü il təvəllüdlü Türkiyə Respublikası vətəndaşı A.Q.-nı saxlayıb. Sərhəd Polisi məlumat yayır.

“Saxlanılan A.Q. 2021-ci ildə beynəlxalq axtarış elan edilməmişdən əvvəl Gürcüstanın dövlət sərhədini qanunsuz olaraq keçib və bu səbəbdən o, Gürcüstanın Cinayət Məcəlləsinin 344-cü maddəsi ilə məhkum edilib.

Hazırda saxlanılan şəxsə qarşı qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları davam edir”, – məlumatda qeyd edilib.