Gürcüstan səfirliyi Yunanıstanda meşə yanğını ilə əlaqədar bəyanat yayır
Gürcüstan səfirliyi Yunanıstanda meşə yanğını ilə əlaqədar bəyanat yayır

 
Gürcüstan səfirliyi Yunanıstanda meşə yanğını ilə əlaqədar Gürcüstan vətəndaşları üçün bəyanat yayır.

“Əziz həmvətənlər!

Attika ərazisində, xüsusilə Varnava, Rodopolis, Stamata və Amiqdalezada qeydə alınan yanğınla əlaqədar olaraq, sizə aşağıdakılar haqda məlumat veririk :

Səfirlik Yunanıstanın İqlim Böhranı və Vətəndaşların Təhlükəsizliyi Nazirliyi ilə daim əlaqə saxlayır.

Bununla yanaşı, bildiyiniz üzrə, səfirlikdə 24 saat qaynar xətt (+306952220000) fəaliyyət göstərir və Gürcüstan vətəndaşları tərəfindən bu vaxtadək heç bir bildiriş daxil olmayıb.

Səfirliyin qaynar xətti səfirliyin, eləcə də konsulluğun internet saytında yerləşdirilib.

Bununla yanaşı, sizi zərurət halında Yunanıstanın müvafiq qurumları tərəfindən yayılmış təlimatlara, o cümlədən elan edildiyi təqdirdə təxliyə tələblərinə əməl etməyə çağırırıq.

Burada sizə aşağıdakı telefon nömrələrini veririk : Yunanıstan Polisi – 100, Yanğın Xidməti – 199, Təcili Yardım – 166.

Səfirlik, öz növbəsində, sizə lazım olduqda yenilənmiş məlumatları təqdim edəcək !

Xatırlatmaq istərdik ki, səfirliyin +306952220000 qaynar xətti fasiləsiz fəaliyyət göstərir” – bəyanatda deyilir.