Gürcüstan səfirliyi İsraildəki Gürcüstan vətəndaşları üçün tövsiyələr yayır

11:10, 13.06.2025

Gürcüstanın İsraildəki səfirliyi Gürcüstan vətəndaşlarının nəzərinə məlumat yayır.

Səfirliyin sosial şəbəkədə yaydığı məlumatında deyildiyi kimi, mövcud vəziyyəti – təhlükəsizlik şəraitinin çətin və sürətlə dəyişə biləcəyini nəzərə alaraq, səfirlik vətəndaşlara vacib addımları xatırladır.

“Qırmızı siqnal” sireni işə salındıqdan sonra – yerli hakimiyyətin təlimatlarına əməl edin və dərhal sığınacaq axtarın. Sizə ən yaxın sığınacağın və ya qorunan məkanın yerini bilməyiniz vacibdir.

Binada olduğunuz zaman – xüsusi mühafizə olunan məkana/sığınacağa daxil olmalı, qapı və pəncərələri bağlamalısınız;

Binanın xaricində olduğunuz zaman – yaxınlıqda xüsusi sığınacaq yoxdursa və ya ümumiyyətlə tikili yoxdursa, uzanıb başınızı əllərinizlə örtün;

Avtomobildə olduğunuz zaman – saxlayın, avtomobildən çıxın və ən yaxın binaya və ya sığınacağa daxil olun. Əgər yaxınlıqda bina və ya sığınacaq yoxdursa, avtomobildən çıxın, yerə uzanın və başınızı əllərinizlə örtün;

Vətəndaşların binanın girişində, dəhlizlərdə dayanmasına icazə verilmir;

Əgər başqa göstəriş yoxdursa, həyəcan siqnalı bitdikdən 10 dəqiqə sonra binanı tərk edə bilərsiniz;

Düşmüş raketə və ya başqa obyektə yaxınlaşmağa icazə verilmir. Belə halda vətəndaşları obyektə/düşən raketə yaxınlaşmamağa və polisə xəbər verməyə çağırın.

İsrailə turizm məqsədi ilə gələn şəxslər mehmanxanadan çıxmaqdan və turistik turlara qatılmaqdan çəkinməlidirlər.

• Növbəti təlimatlar üçün yerli mediaya nəzarət edin. Təhlükəsizliklə bağlı əlavə məlumatı İsrailin Müdafiə Qüvvələri Daxili Cəbhə Komandanlığının https://www.oref.org.il/eng/articles/info/iron-swords/1107/ veb səhifəsində əldə etmək mümkün olacaq (İsraildə cihazlarda mövcuddur)

• Təhlükəsizliklə bağlı yenilənmiş və fərqli ən son məlumatı izləmək üçün səfirliyin rəsmi veb səhifəsi və Facebook səhifəsinə baxın:
https://israel.mfa.gov.ge/
https://www.facebook.com/GeorgiainIsrael?locale=ka_GE

• Ətrafınızda diqqətli olun.

• Bütün nümayişlərdən və böyük toplantılardan çəkinin.

• Polis qüvvələrinin çox olduğu yerdən çəkinin.

• Yerli hakimiyyət orqanlarının göstərişlərinə əməl edin.

Zərurət yarandıqda, Gürcüstanın İsrail Dövlətindəki səfirliyinin aşağıdakı nömrələri ilə əlaqə saxlayın:

+972 526 919092; Qaynar xətt 24/7

+972 3 609 3206

Oxşar