Gürcüstan Prokurorluğu Müdafiə Polisi Departamentinin əməkdaşının həlak olması faktı üzrə 115-ci maddə ilə istintaqa başlayıb
Gürcüstan Prokurorluğu Müdafiə Polisi Departamentinin əməkdaşının həlak olması faktı üzrə 115-ci maddə ilə istintaqa başlayıb

Gürcüstan Prokurorluğu Müdafiə Polisi Departamentinin əməkdaşının həlak olması faktı üzrə Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaqa başlayıb. Bu barədə Prokurorluq məlumat yayır.

“Bu gün, 9 fevral tarixində, Müdafiə Polisi Departamentinin əməkdaşı Rabati qalasında, müdafiə polisi üçün ayrılmış iş otağında dünyasını dəyişmiş halda tapılıb. İstintaqın bu mərhələdə əldə etdiyi məlumata görə, o, xidməti vəzifəsini yerinə yetirərkən, iş yerindəki odlu silahdan atəş açaraq özünə xəsarət yetirib və nəticədə hadisə yerində dünyasını dəyişib.

“Müvafiq təcili istintaq hərəkətləri davam etdirilir”, – Prokurorluğun bəyanatında qeyd olunub.