Gürcüstan Prokurorluğu təhdid etmə faktı üzrə Lazare Qriqoriadisə ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu təhdid etmə faktı üzrə Lazare Qriqoriadisə ittiham irəli sürüb.
Prokurorluğun məlumatında qeyd olunduğu kimi, Daxili İşlər Nazirliyi tərəfindən aparılan istintaqla müəyyən edilib ki, aprelin 24-də Tbilisidə, “Meteor” gecə barının girişində təqsirləndirilən şəxs, ərazidən çıxarılması ilə bağlı yaranan narazılıq səbəbindən bıçaq nümayiş etdirərək bar əməkdaşını həyatına son qoymaqla və sağlamlığına zərər vurmaqla hədələyib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi elə həmin gün saxlayıblar. Ona Gürcüstan Cinayət Məcəlləsinin 151-ci maddəsinin birinci hissəsi (təhdid olunan şəxsdə bu təhdidin həyata keçiriləcəyi ilə bağlı əsaslı qorxu yaradan öldürmə və ya sağlamlığa zərər vurma təhdidi) üzrə ittiham irəli sürülüb, bu da cəza növ və ölçüsü olaraq 1 ilə qədər azadlıqdan məhrum etməni nəzərdə tutur.
Prokurorluq qanunla müəyyən edilmiş müddət daxilində təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin tətbiqi ilə bağlı vəsatətlə məhkəməyə müraciət edəcək”, – məlumatda qeyd edilib.