Gürcüstan Prokurorluğu Miqrasiya Departamenti əməkdaşının ölümü faktı üzrə 115-ci maddə ilə istintaqa başlayıb
Gürcüstan Prokurorluğu Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşının ölümü ilə bağlı Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaqa başlayıb. Bu barədə Gürcüstan Prokurorluğu bəyanat yayır.
“cari ilin fevralın 19-da Ortaçala yaxınlığındakı ərazidə Miqrasiya Departamentinin əməkdaşı şəxsi avtomobilində, özünə məxsus odlu silahdan açılan atəş nəticəsində başına ölümcül yara alıb və nəticədə hadisə yerində dünyasını dəyişib. İlkin məlumata görə, hadisədən əvvəl ehtimal ki, onunla birlikdə olan şəxs arasında məişət zəminində münaqişə baş verib.
Müvafiq təcili istintaq tədbirləri davam etdirilir”, – deyə Prokurorluğun bəyanatında qeyd edilib.