Gürcüstan Prokurorluğu - İrakli Ğaribaşvili ilə prosessual razılaşma bağlanılıb və buna əsasən, ona beş il həbs cəzası təyin edilib və bir milyon lari cərimə tətbiq olunub
Gürcüstan Prokurorluğu - İrakli Ğaribaşvili ilə prosessual razılaşma bağlanılıb və buna əsasən, ona beş il həbs cəzası təyin edilib və bir milyon lari cərimə tətbiq olunub

Gürcüstanın sabiq baş naziri İrakli Ğaribaşvili ilə prosessual razılaşma bağlanılıb və buna əsasən, o, cəza növü olaraq beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib, – bu barədə Gürcüstan Prokurorluğu məlumat yayır.

Onların məlumatına görə, İrakli Ğaribaşviliyə əlavə cəza olaraq bir milyon lari məbləğində cərimə tətbiq olunub.

“Gürcüstan Prokurorluğu təqsirləndirilən şəxs İrakli Ğaribaşvili ilə prosessual razılaşma bağlayıb və buna əsasən, sabiq baş nazirə, Gürcüstan Cinayət Məcəlləsinin 194-cü maddəsinin üçüncü hissəsi ilə nəzərdə tutulmuş cinayətə görə, cəza növü olaraq 5 il müddətinə azadlıqdan məhrumetmə təyin edilib.

Ona əlavə cəza olaraq bir milyon lari məbləğində cərimə tətbiq olunub. Həmçinin cinayət fəaliyyəti nəticəsində əldə edilmiş və yaşayış evində aparılan axtarış zamanı götürülmüş pul vəsaiti dövlətin xeyrinə müsadirə ediləcək.

İrakli Ğaribaşvili törətdiyi cinayəti etiraf edir və prosessual razılaşmanın şərtləri ilə razılaşır. Məhkəmə Prokurorluğun prosessual razılaşma ilə bağlı vəsatətini təmin edib”, – prokurorluğun yaydığı məlumatda deyilib.