Gürcüstan Prokurorluğu Gürcüstanın maraqlarına qarşı casusluq faktı ilə bağlı saxlanılan şəxslərə qarşı ittiham irəli sürüb
Gürcüstan Prokurorluğu Gürcüstanın maraqlarına qarşı casusluq faktı ilə bağlı saxlanılan şəxslərə qarşı ittiham irəli sürüb

Gürcüstan Prokurorluğunun məlumatına görə, Dövlət Təhlükəsizlik Xidmətinin Əks-kəşfiyyat Departamenti tərəfindən iki iş üzrə aparılan istintaq nəticəsində müəyyən edilib ki, iki Gürcüstan vətəndaşı maddi fayda əldə etmək məqsədilə Gürcüstanın maraqlarına xələl gətirərək xarici kəşfiyyat orqanlarına sistematik şəkildə müxtəlif növ və kateqoriyalı məlumatlar toplayıb təqdim edirdi.

Bununla yanaşı, təqsirləndirilən şəxslərdən biri aldığı məbləğin bir hissəsini kəşfiyyat məlumatlarını əldə edən digər şəxslərə də ötürürdü.

Saxlanılan şəxslərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 314-cü maddəsinin birinci hissəsi ilə casusluq faktı üzrə ittiham irəli sürülüb ki, bu da cəza növü və ölçüsü olaraq 12 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxslər barəsində qətimkan tədbiri qismində həbs qərarının seçilməsi barədə vəsatətlə qanunla müəyyən edilmiş müddətdə məhkəməyə müraciət edəcək.