Gürcüstan Prezidentinin Administrasiyası - Frank-Valter Ştaynmayer Gürcüstanda Avropayönlü qüvvələrin qalib gələcəyinə ümid etdiyini bildirib
Gürcüstan Prezidenti Salome Zurabişvili Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə görüşüb. Məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayır.
“Gürcüstan Prezidenti Berlində görüş zamanı Almaniya Federativ Respublikasının Prezidenti ilə ölkədə Rusiyadan ilhamlanan seçkiöncəsi mühitdən, həmçinin, seçkilərdə iştirak etmək üçün süni maneələrlə üzləşən gürcü diasporundan danışıb.
Həmçinin, Prezident ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına problemlər yaradılması üzrə, bunun da onlar üçün müşahidə missiyalarını həyata keçirmələrinin qarşısının alınması məsələsindən də danışıb.
Gürcüstan Prezidenti Almaniya Prezidentinə gürcü əhalisinin əhval-ruhiyyəsinin yüksək olduğunu bir daha təsdiqlədi və bildirdi ki, Gürcüstan əhalisi tamamilə avropapərəstdir və gürcü xalqının xarici oriyentasiyası avropalı olub, var və olacaq.
Digər tərəfdən, Almaniya prezidenti qeyd edib ki, Gürcüstan prezidentinin “Gürcü Xartiyası” təşəbbüsünü təqdir edir və Gürcüstanda Avropayönlü qüvvələrin qalib gələcəyinə ümidvar olduğunu deyib. Ştaynmayer gürcü xalqına və onun Avropanın gələcəyi uğrunda mübarizəsinə tam dəstəyini bildirib”, – prezident administrasiyasının məlumatında qeyd olunub.