Gürcüstan prezidenti Mixeil Ğavelaşvili Serbiyaya səfərini yekunlaşıdırıb
Gürcüstan prezidenti Mixeil Ğavelaşvili Serbiyaya səfərini yekunlaşıdırıb.
Ğavelaşvilinin jurnalistlərə bildirdiyinə görə, onun Serbiyada çox səmərəli görüşləri olub.
“Serbiyada çox səmərəli görüşlərim oldu. İlk növbədə, səmimi, işgüzar, tərəfdaşlıq əsaslı görüşə görə Serbiya Prezidenti Aleksandr Vuçiçə dərin minnətdarlığımı bildirmək istəyirəm. Biz bir sıra məsələlərə toxunduq. Hər iki ölkənin eyni vaxtda üzləşdiyi bir sıra çağırışlar var. Avropa İttifaqı ilə bağlı demək olar ki, ümumi çağırışlar var.”Ölkələrimiz, serb və gürcü xalqları uzun illərdir bir-birini dəstəkləyir və bir-birini çox qiymətləndirir. Hər bir gürcü üçün belə münasibət qürurvericidir. Bizim çox ümumi cəhətlərimiz var, eyni inanca sahibik. Həmçinin, Serb xalqının milli maraqları nəzərə alaraq əsrlərdir istifadə etdiyi mübarizə üsulları demək olar ki, Gürcü xalqının istifadə etdiyi üsullarla eynidir”, – Mixeil Ğavelaşvili bildirib.
Ğavelaşvilinin bəyan etdiyinə görə, komissiyanın ticarət-iqtisadi məsələlər üzrə iclası planlaşdırılır.
“Bir çox mövzular, o cümlədən böyük maraq doğuran kənd təsərrüfatı məsələləri, hərbi istehsalla bağlı müzakirələr aparılacaq. Qeyd etmək lazımdır ki, Serbiyaya Gürcüstandan səfərlər olduğu kimi, Gürcüstana da bir çox Serb ziyarətçi gəlir. Əminəm ki, əlaqələr müxtəlif istiqamətlərdə dərinləşəcək, ilk növbədə, bu, ticarət-iqtisadi əlaqələrə, həmçinin mədəniyyət, idman, təhsil istiqamətlərinə aiddir, ümumi düşərgələrin təşkili də nəzərdə tutulur ki, Serb gəncləri Gürcüstana gəlsin və əksinə,” – Ğavelaşvili bildirib.
Mixeil Ğavelaşvili həmçinin qeyd edib ki, səfər çərçivəsində siyasi çağırışlar barədə də müzakirələr aparılıb.
“Hər iki ölkə özünü Avropanın bir hissəsi hesab edir. Bir çox hallarda Brüsseldən həm Gürcüstana, həm də Serbiyaya qarşı ikili standart, ədalətsiz münasibət var. Bununla bağlı bir-birimizi dəstəkləyirik, eyni fikirdəyik – hesab edirik ki, Gürcüstan və Serbiya daha çox hörmətə layiqdir. Rusiya-Ukrayna müharibəsi zamanı cəmiyyətimizlə birlikdə qoruduğumuz dəyərlər milli maraqlara aid idi. Sanksiyalarla bağlı necə təzyiq olduğunu xatırlayın. Biz prinsipial mövqedə dayandıq və sanksiyalara qoşulmadıq. Prezident Vuçiç də qeyd etdi ki, biz iqtisadi inkişaf baxımından seçilən ölkələrdən biriyik, məhz həmin parametrlərə mən də toxundum. Həftə və ay keçməz ki, Gürcüstan müxtəlif sahələr üzrə beynəlxalq reytinqlərdə özünü göstərməsin. Bu, şəffaflıq məsələlərinə, hökumətin fəaliyyətinə, məhkəmə sisteminə, iqtisadi artıma və s. aiddir. Proses davam edəcək. Məhz bizim tərzdə hərəkət edən ölkələr bütün bunları çox gözəl qiymətləndirirlər. Mən şadam ki, Serbiyada belə yaxşı, işgüzar, isti görüş keçirdim. Həmçinin Serbiya Baş Naziri və Parlament Sədri ilə çox yaxşı görüş oldu”, – Ğavelaşvili bildirib.