Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Serbiyanın Baş nazirinin müavini Siniş Mali ilə birlikdə "Belgrade Waterfront" şəhərsalma layihəsinə baxış keçirdi
Serbiyanın Baş nazirinin müavini, maliyyə naziri Siniş Mali Ğavelaşviliyə “Belgrade Waterfront”da ev sahibliyi etdi.
Mixeil Ğavelaşvili layihəni həyat yoldaşı Tamar Baqrationi və onu müşayiət edən nümayəndə heyəti ilə gəzib.
“Belgrade Waterfront” üç milyard dollar dəyərində olan monumental şəhərsalma və yenidənqurma layihəsidir. Layihə yeni şəhər mərkəzinin və yeni beynəlxalq təyinatlı məkanın yaradılmasını nəzərdə tutur. Bu, Serbiya hökuməti ilə “Eagle Hills Properties” şirkətinin birgə layihəsidir və yeni şəhər hablarının formalaşdırılmasına yönəlib.
Gürcüstan nümayəndə heyətinə xarici işlər naziri Maka Boçorişvili, Gürcüstan parlamentinin deputatları – İrakli Mezurnişvili, İrma Zavradaşvili, Quram Maçaraşvili, Gürcüstanın Serbiya Respublikasındakı səfiri Levan Beridze və Gürcüstan Prezident Administrasiyasının nümayəndələri daxildir.