Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Mamuka Xazaradze və Badri Caparidzeni əfv edib
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Mamuka Xazaradze və Badri Caparidzeni əfv edib

Gürcüstan prezidenti Mixeil Ğavelaşvili Mamuka Xazaradze və Badri Caparidzeni əfv edib.

Bu barədə Gürcüstan prezidenti Mixeil Ğavelaşvilinin bəyanatında deyilib.

“Dünən yerli özünüidarəetmə seçkiləri üçün seçki subyektlərinin qeydiyyat prosesi başa çatdı. Qeydiyyata alınmış siyasi birliklər arasında “Güclü Gürcüstan – Lelo” partiyası da var və həmin partiyanın rəhbərləri hazırda konkret bir cinayətə görə penitensiar müəssisədə cəza çəkirlər.bildirdiyi kimi, o, ümid edir ki, “onlar gələcəkdə siyasi fəaliyyətlərini qanuna hörmətlə davam etdirəcəklər”. Şübhə yoxdur ki, yerli özünüidarəetmə seçkiləri onların həbsdə olduqları şəraitdə belə rəqabətli mühitdə keçiriləcək. Bununla yanaşı, qeyd olunmalıdır ki, ümumilikdə seçkilər heç bir cinayət törətmiş siyasətçi üçün indulgensiya vasitəsinə çevrilməməlidir. Eyni zamanda, bir neçə həftə əvvəl müvafiq məhkumların mənim əfv təklifimi rədd edərək Prezident institutunu təhqir etməyə cəhd göstərmələri də diqqətdən kənarda qalmamalıdır. Lakin yuxarıda qeyd olunan bütün hallara baxmayaraq, heç kimin yerli özünüidarəetmə seçkilərinin məhdud rəqabət şəraitində keçirildiyini iddia etməməsi üçün Mamuka Xazaradze və Badri Caparidzenin əfv olunması barədə qərar verdim. Ümid edirəm ki, onlar gələcəkdə siyasi fəaliyyətlərini qanuna hörmətlə davam etdirəcəklər. Mən bütün seçki subyektlərini yerli özünüidarəetmə seçkilərinin sağlam və sakit mühitdə keçirilməsinə töhfə verməyə çağırıram. Yerli özünüidarəetmə seçkilərində bələdiyyələrin inkişafı və əhalinin maraqlarının reallaşdırılması istiqamətində səmimi ruhla iştirak edən bütün seçki subyektlərinə uğurlar arzulayıram”, – Mixeil Ğavelaşvilinin bəyanatında deyilib.