Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Alaverdi monastırını ziyarət edib
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Alaverdi monastırını ziyarət edib

Gürcüstan prezidenti Mixeil Ğavelaşvili uşaqları ilə birlikdə Alaverdi monastırını ziyarət edib.

Mixeil Ğvelaşviliyə Alaverdidən olan Abba mitropoliti Davit ev sahibliyi edib. Mitropolit prezidentə xeyir-dua verib və ona uğurlar arzulayıb.

Prezident məbədi ziyarət edib və monastırın ərazisindəki qədim, XI əsrə aid olan şərab zirzəmisinə və orada arxeoloji işlər görülərkən aşkar edilmiş eksponatlara baxış keçirib.

Alaverdi monastırında Mixeil Ğvelaşvili ilə birlikdə Kaxeti bölgəsində dövlət nümayəndəsi Qiorqi Aladaşvili, parlament üzvləri və yerli hakimiyyətin nümayəndələri də iştirak edirdilər.

Məlumatı Gürcüstan Prezidentinin Administrasiyası yayır.