Gürcüstan Prezidenti işğal olunmuş Abxaziya bölgəsindən cənazələri gətirilənlərin vida mərasimində iştirak edib
Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili işğal olunmuş Abxaziya bölgəsindən cənazələri gətirilmiş, 1990-cı illərin silahlı münaqişələri zamanı itkin düşmüş şəxslərin mülki yas mərasimində iştirak edib.
Mixeil Ğavelaşvili mərhumun xatirəsini yad edib və ailə üzvlərinə başsağlığı verib.
Şəxsiyyəti müəyyən edilmiş on bir nəfərdən ikisi hərbçi, doqquzu isə mülki şəxsdir. Ailələrinin qərarı ilə, şəxsiyyəti müəyyən edilmiş şəxslər, o cümlədən hərbçilər müxtəlif bölgələrdə, ailə qəbiristanlıqlarında lazımi ehtiramla dəfn olunacaqlar.
Barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Tea Axvlediani də mülki yas mərasimində iştirak edib.
Dəfn mərasimi Tbilisidə, Əqdəs Üçlük patriarxlıq məbədində keçirilib.