Gürcüstan Prezidenti Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli tədbirdə iştirak edib
Gürcüstan Prezidenti Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli tədbirdə iştirak edib

Gürcüstan Prezidenti Mixeil Ğavelaşvili Birləşmiş Millətlər Təşkilatının yaradılmasının 80 illiyinə həsr olunmuş təntənəli tədbirdə iştirak edib.

Tədbirin çərçivəsində dövlət və hökumət başçılarına BMT-nin Baş katibi Antoniu Quterreş və BMT-nin Baş Assambleyasının 80-ci sessiyasının sədri Analena Berbok müraciət ediblər.

Tədbirdə BMT-nin missiyası və fəaliyyətindən, həmçinin son səkkiz onillikdə əldə olunan nailiyyətlərdən danışılıb.

BMT-nin yaradılmasının 80 illiyinə həsr olunmuş tədbirə Gürcüstan prezidenti ilə birlikdə xarici işlər naziri Maka Boçorişvili, BMT yanında Gürcüstanın daimi nümayəndəsi Davit Bakradze, Gürcüstanın ABŞ-dakı səfiri Tamar Talişvili və prezident administrasiyasının rəhbəri Ketevan Kvinikadze iştirak etdilər.

Nyu-Yorka səfəri çərçivəsində Mixeil Ğavelaşvili BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış edəcək. Gürcüstanın Prezidenti, ABŞ Prezidenti Donald Trampın dəvəti ilə, həmçinin ABŞ Prezidenti və onun həyat yoldaşı Melaniya Trampın adından BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirak edən nümayəndə heyətlərinin rəhbərlərinin şərəfinə təşkil olunacaq rəsmi qəbulda da iştirak edəcək.

Səfər çərçivəsində Gürcüstan Prezidenti yüksək səviyyəli ikitərəfli görüşlər keçirəcək, Mixeil Ğavelaşvilinin və BMT Baş Katibi Antonio Quterreşin görüşü planlaşdırılıb.