Gürcüstan prezidenti 37 nəfəri əfv edib
Gürcüstan prezidenti 37 nəfəri əfv edib

Gürcüstan prezidenti Mixeil Ğavelaşvili 37 nəfəri əfv edib.

“Gürcüstan prezidentinin mətbuat xidmətinin məlumatına görə, əfv 29 qeyri-həbs və 5 həbs cəzası çəkən şəxsə şamil olunub, 3 nəfərin isə məhkumluğu aradan qaldırılıb.

“Gürcüstan prezidentinin Konstitusiyayla ona verilmiş eksklüziv səlahiyyətindən istifadə etməsi humanizm prinsipinə və dövlət maraqlarına əsaslanır”, – Prezidentin mətbuat xidmətinin məlumatında qeyd edilib.