Gürcüstan parlamentinin nümayəndə heyətinin üzvləri Azərbaycan Milli Məclisinin sədri ilə görüşüblər
Gürcüstan parlamentinin nümayəndə heyətinin üzvləri Azərbaycan Milli Məclisinin sədri ilə görüşüblər

Gürcüstan parlamentinin nümayəndə heyəti Azərbaycan Respublikası Parlamenti ilə Dostluq Qrupunun rəhbəri Qivi Mikanadze, Sektoral İqtisadiyyat və İqtisadi Siyasət Komitəsinin sədri Şota Berekaşvili, komitə üzvləri Levan Maçavariani və Anton Oboladze də daxil olmaqla, Azərbaycan Milli Məclisinin sədrı Sahiba Qafarova ilə görüşüblər.

Gürcüstan parlamentinin məlumatına görə, görüşdə tərəflər qanunverici orqanlar arasında mövcud əməkdaşlığın müsbət dinamikasını müzakirə ediblər və sahə komitələri arasında əlaqələrin dərinləşdirilməsinə xüsusi diqqət yetiriblər.

Söhbətdə iki ölkənin gəncləri üçün iyul və avqust aylarında Azərbaycanda və Gürcüstanda keçiriləcək mübadilə düşərgələri proqramına toxunulub.

Görüş çərçivəsində Gürcüstan və Azərbaycan arasında iqtisadi əlaqələrin dərinləşdirilməsi məsələləri, həmçinin hər iki ölkənin davamlı iqtisadi artımının təmin edilməsi üçün xüsusi əhəmiyyət kəsb edən strateji layihələr müzakirə olunub.

Qanunvericilik orqanlarının nümayəndələri qeyd olunan təşəbbüsün həyata keçirilməsində sahə komitələrinin rolunu müsbət qiymətləndiriblər və belə bir imkanın mövcudluğunun gənclər arasında gələcək münasibətlər üçün mühüm əhəmiyyət kəsb edəcəyini qeyd ediblər.

Görüşdə Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Zurab Pataradze iştirak edirdi.