Gürcüstan parlamentinin nümayəndə heyəti Livanın xarici işlər və Mühacirlər naziri ilə görüşüb
Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin başçılıq etdiyi parlament nümayəndə heyəti Livanın paytaxtı Beyrutda rəsmi səfərdədir.
Səfər çərçivəsində nümayəndə heyətinin üzvləri Livanın Xarici İşlər və Mühacirlər naziri Yusif Raci və Livan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Fadi Alame ilə görüşlər keçiriblər.
Görüşlərdə Yaxın Şərq və Qara dəniz regionunda mövcud təhlükəsizlik mühiti müzakirə edilib.
Tərəflər ərazi bütövlüyü prinsipinə verdikləri dəstəyə görə bir-birinə təşəkkür edib və beynəlxalq təşkilatlarda bu istiqamətdə bir-birlərinə bundan sonra da dəstək verməyə hazır olduqlarını bildiriblər.
Parlament nümayəndə heyətinin üzvləri Livan tərəfindən iyunun əvvəlində BMT-yə təqdim olunacaq “Abxaziya, Gürcüstan və Sxinvali regionundan/Cənubi Osetiya-Gürcüstandan olan məcburi köçkünlərin və qaçqınların statusu haqqında” qətnaməni dəstəkləməyi xahiş ediblər.
Beyrutda keçirilən görüşdə ikitərəfli əlaqələrin inkişafı, o cümlədən nazirliklər arasında siyasi məsləhətləşmələrin aparılması və səfərlərin mübadiləsi müzakirə edilib.
Nikoloz Samxaradze həmkarlarına Gürcüstanın işğal olunmuş bölgələrindəki ağır vəziyyət və ölkənin Cənubi Qafqazda sülhməramlı rolu barədə məlumat verib.
Livan tərəfi Livan münaqişəsinin həlli, Suriyadakı mövcud vəziyyət, Qəzza zolağında davam edən münaqişə ilə bağlı məsələləri müzakirə edib.
Parlament nümayəndə heyətinə daxildir: Sektoral İqtisadiyyat və İqtisadi Siyasət Komitəsinin sədri Şota Berekaşvili və Mədəniyyət Komitəsinin sədri Qiorqi Qabunia.
Məlumatı Gürcüstan parlamentinin mətbuat xidməti yayır.