Gürcüstan Parlamenti və Macarıstan Milli Assambleyası arasında əməkdaşlıq haqqında çərçivə müqavilə imzalanıb
Gürcüstan Parlamenti və Macarıstan Milli Assambleyası arasında əməkdaşlıq haqqında çərçivə müqavilə imzalanıb

Gürcüstan parlamenti və Macarıstan Milli Assambleyası arasında əməkdaşlıq haqqında çərçivə müqavilə imzalanıb. Saziş Gürcüstan və Macarıstan arasında ortaq Avropa dəyərlərinə əsaslanan tarixi dostluğu vurğulayır və iki ölkənin qanunverici orqanları arasında ikitərəfli münasibətləri və qarşılıqlı faydalı mübadilələri təşviq etmək məqsədi daşıyır.

Müqaviləyə əsasən, Macarıstan Milli Assambleyası Avropa İttifaqına inteqrasiya ilə bağlı öz təcrübəsini Gürcüstan parlamenti ilə bölüşəcək və Avropa İttifaqına üzvlük yolunda irəliləyişə nail olmaq üçün hər cür yardım göstərəcək.

Müqavilə Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və onu müşayiət edən nümayəndə heyətinin Budapeştə səfəri çərçivəsində imzalanıb. Müqavilə Şalva Papuaşvili və Macarıstan Milli Assambleyasının sədri Laslo Kover imzalayıblar.