Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkə prezidenti Mixeil Ğavelaşviliyə müraciət edərək növbədənkənar sessiyanın çağırılmasını xahiş edir.
Bu barədə Şalva Papuaşvili parlamentin yaz sessiyasının bağlanışı zamanı bildirib.
Onun söylədiyinə görə, növbədənkənar iclasın çağırılmasının məqsədi baş nazirin narkotik cinayətkarlığına qarşı mübarizə ilə bağlı təşəbbüslərin müzakirə edilməsi və qəbul olunmasıdır.
“Yaz sessiyası sona yaxınlaşır, eyni zamanda, cari həftədə Baş nazir tərəfindən narkotik cinayətkarlığı ilə mübarizə ilə bağlı təşəbbüslər səsləndirildi. Parlament çoxluğunun lideri parlamentin bu təşəbbüsləri müzakirə etməyə və qəbul etməyə hazır olduğunu təsdiqlədi. Buna görə də gələn həftə növbədənkənar sessiyanın çağırılması üçün Gürcüstan prezidentinə müraciət etməyi düşünürəm, yəqin ki, 1-2 iyul tarixlərində növbədənkənar sessiya çərçivəsində iclaslarımız olacaq. Bu günə gəldikdə isə, iyun ayının son cüməsidir və yaz sessiyası başa çatır. Müvafiq olaraq, Gürcüstan Konstitusiyasının 44-cü maddəsinin birinci bəndinə əsasən parlamentin yaz sessiyasını qapalı şəkildə elan edirəm,” – Şalva Papuaşvili bildirib.