Gürcüstan parlamenti ilə Azərbaycan Milli Məclisi arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb

18:50, 10.03.2025

Gürcüstan parlamenti ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Gürcüstan parlamentinin məlumatına görə, tərəflər parlamentlərarası əməkdaşlığı strateji tərəfdaşlıq ruhunda inkişaf etdirmək barədə razılığa gəliblər; Onlar həmçinin iki ölkənin parlament fəaliyyətinin öyrənilməsi və təcrübəni bölüşmək məqsədi ilə komissiya və komitələr arasında müntəzəm əlaqələrin qurulmasına və parlament üzvlərinin nümayəndə heyətləri arasında mübadilələrin aparılmasına kömək edəcəklər.

Memorandumu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova imzalayıblar.

Oxşar