Gürcüstan parlament nümayəndə heyəti Vaşinqtonda analitik mərkəzlərində görüşlər keçirib
Gürcüstan parlament nümayəndə heyəti Vaşinqtonda analitik mərkəzlərində görüşlər keçirib

Gürcüstan parlament nümayəndə heyəti Amerika Birləşmiş Ştatlarına səfəri çərçivəsində analitik mərkəzlərin (Wilson Mərkəzi, Heritage Fondu və America First Policy Institute) rəhbərləri və ekspertləri ilə görüşlər keçirib.

Görüşlər zamanı tərəflər Gürcüstan və Amerika Birləşmiş Ştatları arasında münasibətlərin dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.

Parlament nümayəndə heyətinin üzvləri mərkəzlərin nümayəndələri ilə Gürcüstandakı mövcud hadisələr, daxili siyasi vəziyyət, iqtisadi inkişaf və Gürcüstanın təhlükəsizlik problemlərini müzakirə ediblər.

Görüş zamanı tərəflər enerji və nəqliyyat layihələri barədə fikir mübadiləsi aparıblar.

Nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradzenin qeyd etdiyi kimi, onlar mərkəzlərin ekspertlərindən ABŞ-ın yeni administrasiyasının Cənubi Qafqaz regionu, Rusiya-Ukrayna müharibəsi və Yaxın Şərqdə baş verən hadisələrlə bağlı xarici siyasəti barədə fikirlərini dinləyiblər.

Parlament nümayəndə heyəti ABŞ-da rəsmi səfərdədir.

Nümayəndə heyətinə Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze rəhbərlik edir.

Nümayəndə heyətinə Təhsil, Elm və Gənclər İşləri Komitəsinin sədri Mariam Laşxi, Avropa İnteqrasiyası Komitəsinin üzvü Lika Şartava və “Xalqın Gücü” siyasi qrupunun sədr müavini Eka Sepaşvili daxildir.

Bu barədə Gürcüstan Parlamenti məlumat yayır.