Gürcüstan Millətlər Liqasında son iki matçını Batuminin yeni stadionunda keçirəcək
UEFA-nın rəsmi veb-səhifəsində artıq təsdiq olundu – Gürcüstan Millətlər Liqasında son iki matçını Batuminin yeni stadionunda keçirəcək.
UEFA-nın veb-səhifəsi rəsmi mənbədir ki, burada həmişə istənilən matçın keçirlməsi vaxtı və yeri barəsində dəqiqləşdirilmiş məlumat yerləşdirilir. UEFA-nın rəsmi veb-səhifəsində artıq göstərilibdir ki, 15 noyabrda Gürcüstan yığması saat 21:00-da Ermənistan yığmasını məhz elə yeni stadionda qəbul edəcək. Həmçinin 18 noyabrda Estoniya milli komandasına ev sahibliyi edəcək.
Xatırladaq ki, Batumi stadionunun tikintisi 2017-ci ildə başladı və vaxtından əvvəl başa çatdı. Lakin açılışı pandemiya səbəbindən iki dəfə təxirə salındı. Stadion 20 mini tamaşaçıya hesablanıb və UEFA-nın dördüncü kateqoriyasına cavab verir.