Gürcüstan Xarici İşlər Nazirliyi Özbəkistan hökumətinə və xalqına başsağlığı verir
Gürcüstan Xarici İşlər Nazirliyi Özbəkistan hökumətinə və xalqına, Qazaxıstan respublikasının Aktobe dairəsində baş verən nəqliyyat hadisəsi nəticəsində Özbəkistan Respublikası vətəndaşlarının həlak olması ilə bağlı başsağlığı verir
“Gürcüstan Xarici İşlər Nazirliyi həlak olanların və xəsarət alanların ailə üzvlərinə və yaxınlarının kədərinə şərik olur və Özbəkistan hökumətinə və xalqına başsağlığı verir”, – Gürcüstan Xarici İşlər Nazirliyi tərəfindən yayılan bəyanatda deyilir.
Qazaxıstanda bu gün sərnişin avtobusunda yanğın əmələ gəldi. Baş verənlər nəticəsində 52 insan həlak oldu.