Gürcüstan Xarici İşlər Nazirliyi - beynəlxalq həmdostluğa müraciət edirik ki, işğal qüvvəsinin qanunsuz hərəkətlərinin dayandırılması üçün əməli ölçülər götürsün
Beynəlxalq həmdostluğa müraciət edirik ki, işğal qüvvəsinin qanunsuz hərəkətlərinin dayandırılması üçün əməli ölçülər götürsün, – bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin spikeri, Vladimer Konstantinid işğal xəttindən Gürcüstanın yeddi vətəndaşının qaçırılması ilə bağlı söhbət edərkən bəyan etdi.
Onun dediyinə görə, işğal xəttində artmış təxribatlar və insidentlər təhlükəsizlik mühitini daha da ağırlaşdırır.
Elə onun bəyan etdiyinə görə, qaynar xətt işə düşüb və Cenevrə beynəlxalq danışıqlarının həmsədrləri məlumatlandırılıblar.