Gürcüstan iqtidarına Fransalı kartoqraf Giliom Delili tərəfindən 18-ci əsrdə hazırlanan Qafqaz xəritəsi hədiyyə edildi
Gürcüstan iqtidarına Fransalı kartoqraf Giliom Delili tərəfindən 18-ci əsrdə hazırlanan Qafqaz xəritəsi hədiyyə edildi, – bu barədə məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyi yayır.
İdarənin məlumatına tədbir Polşada, Gürcüstan səfirliyində keçirildi.
“Tədbir çərçivəsində, gürcü tərəfində zabit Giorgi Tsertsvadze-Vardisiani ailəsinin mülkiyyətində olan və fransız kartoqraf Giliom Delili tərəfindən 18-ci əsrdə hazırlanan Kaspi dənizi sahilyanı ölkələrinin xəritəsi verildi.
Qeyd edilməlidir ki, xəritənin originalı Gürcüstanın Milli Muzeyində saxlanır.
Mövcud olan məlumata görə, xəritə 1713-1716-cı illərdə, Ludovik XIV-cünün sarayına qonaq olan Sulxan-Saba Orbelianinin verdiyi məlumat əsasında hazırlanıb” – deyilir Nazirliyin yaydığı məlumatda.