Gürcüstan hökuməti Ukraynaya 1.500.000 lari dəyərində generatorlar göndərir
Gürcüstan hökuməti Ukraynaya generatorlar göndərəcək. Bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayır.
Onların məlumatına görə, Baş nazir İrakli Kobaxidzenin imzalayacağı fərman hökumət tərəfindən bu gün keçirilən iclasda təsdiqlənib.
“Fərmana əsasən, Gürcüstanın Enerji İnkişafı Fondu Ukraynaya göndərmək üçün 1 500 000 lari dəyərində müxtəlif növ generatorlar satın alacaq”, – məlumatda qeyd olunub.