Gürcüstan hökuməti tərəfindən dəvət olunan beynəlxalq, müstəqil ekspertlər artıq Qudauridədirlər
Gürcüstan hökuməti tərəfindən dəvət olunan beynəlxalq, müstəqil ekspertlər artıq Qudauridədirlər

Martın 16-da, Qudauridə kanat yolunda baş verən hadisənin səbəblərini öyrənmək üçün “Byuro Veritas” beynəlxalq fransız şirkətinin ekspertləri artıq Qudauridədirlər və ekspert tədqiqatlarına başlayırlar.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, onlarla birlikdə işə Gürcüstan Prokurorluğunun, Samxarauli adına Ekspertizanın Milli Bürosunun və İqtisadiyyat Nazirliyini texniki və xilasetmə nəzarəti agentliyinin nümayəndələri qoşulublar. Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf nazirinin müavini Qenadi Arveladze Qudauridədir.

Baş nazirin birinci müavinin qeyd etdiyinə görə, nəticə tamamilə qərəzsiz olmalıdır, çünki söhbət yalnız bir baş verən insidentdən deyil, həmçinin Gürcüstanın nüfuzundan gedir.

Martın 16-da, Qudauridə kanat yolunda baş verən zədə nəticəsində 11 nəfər xəsarət aldı. Onlardən səkkizini tibbi müəssisəyə yerləşdirdilər.

Xəsarət alanlar arasında Gürcüstan,Ukrayna, İsveç və Rusiya vətəndaşları var.

Baş verənlərlə bağlı DİN istintaqa başladı.