Gürcüstan hökuməti Saberioda baş vermiş faciə ilə əlaqədar yanvarın 9-nu matəm günü elan edib
Gürcüstan hökumətinin qərarına əsasən, işğal olunmuş Qali bölgəsinin Saberio kəndində və beş uşağın həyatını itirdiyi faciə ilə əlaqədar yanvarın 9-u matəm günü elan edilib.
Baş nazir İrakli Kobaxidzenin imzaladığı hökumətin müvafiq sərəncamına əsasən, matəm günü ilə əlaqədar Gürcüstan ərazisindəki inzibati binalarda dövlət bayraqları endiriləcək.
Gürcüstan hökuməti yanğın nəticəsində həlak olan uşaqların ailələrinə və yaxınlarına bir daha başsağlığı verir.
Yanğın nəticəsində həlak olanlar sabah, yanvarın 9-da dəfn olunacaqlar.
Yanvarın 5-də işğal olunmuş Qali rayonunun Saberio kəndində baş vermiş yanğında 5 uşaq həlak olub.