Gürcüstan hökuməti ölkənin 10 illik inkişaf strategiyası üzərində işləməyə başlayır
Biz ölkənin 2026-2035-ci illəri əhatə edən 10 illik inkişaf strategiyası üzərində işə başlamaq istəyirik. Biz ölkənin bütün istiqamətlərdə inkişafı üçün əsas olacaq sənəd hazırlamaq istəyirik, – bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin bugünkü iclasında bildirib.
Baş nazirin qeyd etdiyi kimi, bu, çox konkret məqsəd və vəzifələri, həmçinin onların həyata keçirilməsi və yerinə yetirilmə müddətlərini əhatə edən qısa və lakonik sənəd olmalıdır.
“Daha çox detal ictimaiyyətə daha sonra açıqlanacaq.Düşünürəm ki, yaxın vaxtlarda bu sənəd üzərində işi başa çatdırmaq mümkün olacaq və o, nəşr olunacaq. Bizim çox konkret bir rəhbərimiz olacaq, hansı ki, onun əsasında gələcək illərdə ölkəmizin ardıcıl və sabit inkişafını təmin edəcəyik. Bu sənəd üzərində işə artıq başlamaq lazımdır ki, gələcək fəaliyyətimiz üçün keyfiyyətli bir rəhbər əldə edək”, – İrakli Kobaxidze bildirib.