Gürcüstan hökuməti əmək miqrantlarına və özünüməşğul əcnəbilərə əmək fəaliyyəti üçün icazə verilmə qaydasını təsdiqləyib
Gürcüstan hökuməti əmək miqrantlarına və özünüməşğul əcnəbilərə əmək fəaliyyəti üçün icazə verilmə qaydasını təsdiqləyib

Gürcüstan hökuməti əmək miqrantlarına və özünüməşğul əcnəbilərə əmək fəaliyyəti üçün icazə verilmə qaydasını təsdiqləyən qərar qəbul edib.

Qərara Gürcüstanın Baş Naziri İrakli Kobaxidze imza atır.

“Əmək miqrantına və özünüməşğul əcnəbilərə əmək fəaliyyəti üçün icazənin verilməsi qaydası” (bundan sonra – Qayda) Gürcüstanda daimi yaşayış icazəsi olmayan əcnəbi üçün, məqsədi yerli işəgötürənlə əmək münasibətləri qurmaq və ya ödənişli əmək fəaliyyəti göstərmək olan, həmçinin daimi yaşayış icazəsi olmayan özünüməşğul əcnəbi üçün, Gürcüstanda əmək fəaliyyəti həyata keçirən (o cümlədən ticarət, xidmət və ya digər fəaliyyət növlərini həyata keçirən və ya tərəfdaş olan, müstəqil müqaviləçi və ya digər şəkildə sahibkarlıq/əmək fəaliyyəti prosesində iştirak edən) və bu fəaliyyətin məqsədi maliyyə mənfəəti əldə etmək olan şəxslər üçün əmək fəaliyyətinə icazənin verilmə şərtlərini, meyarlarını, prosedurlarını və müddətlərini, əmək fəaliyyətinə icazənin dayandırılmasını, davam etdirilməsini, həmçinin icazəni verən və icazənin şərtlərinə riayət olunmasını monitorinq edən orqanın səlahiyyətlərini müəyyən edir.

Qərarda həmçinin illik kvotaların müəyyən edildiyi peşələrin və əmək/sahibkarlıq fəaliyyətlərinin siyahısı müəyyən edilib.

Aşağıdakı peşələr və əmək/sahibkarlıq fəaliyyəti üçün illik kvotalar müəyyən edilir:

a) Kuryer xidmətləri ilə bağlı əmək/sahibkarlıq fəaliyyəti üçün illik kvota – 0-dır;

b) Sərnişin daşınması ilə bağlı əmək/sahibkarlıq fəaliyyəti üçün illik kvota 0-dır;

c) Turistlərə bələdçi xidmətinin göstərilməsi ilə bağlı əmək/sahibkarlıq fəaliyyəti üçün illik kvota 0-dır;

d) Turistlərə dağ, alp və xizək bələdçi xidmətlərinin göstərilməsi ilə bağlı əmək/sahibkarlıq fəaliyyəti üçün illik kvota – 200-dür.

Bu əlavənin 2-ci bəndində nəzərdə tutulmuş kvotalar bu qaydanın 5-ci maddəsinin 1-ci bəndinin “z” yarımbəndində nəzərdə tutulmuş hallara şamil edilmir.

Qərar 2026-cı ilin martın 1-dən qüvvəyə minir.