Gürcüstan hökuməti 2024-cü ilin iqtisadi artım proqnozunu 9,0 faizədək artırıb
Gürcüstan hökuməti 2024-cü ilin iqtisadi artım proqnozunu 9,0 faizədək artırıb

Gürcüstan hökuməti 2024-cü ilin iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib və onu 8,2 faizdən 9,0 faizədək artırıb. Müvafiq dəyişikliklər artıq parlamentə daxil olub və müvafiq komitələrdə müzakirə olunur.

Təqdim olunan dəyişikliyə əsasən, dövlət büdcəsindən ayrılan vəsait 25 930,4 milyon lari təşkil edib ki, bu da təsdiq edilmiş planla müqayisədə 900,0 milyon lari çoxdur. Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ayırmaları 240,0 milyon lari artaraq 8 069,2 milyon lari müəyyən edilib.

Təhsil, Elm və Gənclər Nazirliyinin maliyyələşdirilməsi 37,0 milyon lari artaraq 2 545,0 milyon lari təşkil edir. Onların arasında ictimai məktəblərin maliyyələşdirilməsi 65,0 milyon lari artır, beynəlxalq maliyyə institutlarından ayrılan kreditlər çərçivəsində nəzərəd tutulan ayırmalar isə 28,0 milyon lari azalır. Gürcüstan Mədəniyyət və İdman Nazirliyinin maliyyələşdirilməsi 34,5 milyon lari artaraq 506,5 milyon lari müəyyən edilir. Əlavə vəsaitlər əsasən beynəlxalq turnirlərdə qazanılan uğurlara uyğun olaraq idmançılara mükafatların ödənilməsinə, eləcə də müxtəlif milli komandaların beynəlxalq turnirlərdə iştirak etmək xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin ayırmaları cəmi olaraq 18,7 milyon lari azaldılır və 782,3 milyon lari məbləğində müəyyən edilir. Eyni zamanda, büdcə vəsaitləri hissəsində ayırmalar 10,8 milyon lari artıb (eyni zamanda proqramlar arasında vəsaitlərin bölüşdürülməsi həyata keçirilir), beynəlxalq maliyyə institutlarından ayrılmış kredit çərçivəsində nəzərəd tutulmuş ayırmalar isə 29,5 milyon lari azalır.

Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin ayırmaları 50,0 milyon lari artırılır və 738,0 milyon lari məbləğində müəyyən edilir. Əlavə vəsaitlər rtveli dövründə artan məhsula uyğun olaraq əlavə xərclərin, həmçinin güzəştli aqrokredit proqramı çərçivəsində artırılmış kreditlərin müvafiq faiz xərclərinin subsidiyalaşdırılmasına yönəldiləcək.

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin ayırmaları 347,0 milyon lari artaraq 3 747,7 milyon lari məbləğində müəyyən edilir. İlin sonunda Gürcüstanın Daxili İşlər Nazirliyinin polis işçilərinin maddi həvəsləndirilməsi məqsədilə ayırmaları 20,0 milyon lari artırılaraq 1280,0 milyon lari məbləğində müəyyən edilir. Gürcüstan Müdafiə Nazirliyinin ayırmaları 210,0 milyon lari artaraq 1590,0 milyon lari təşkil edir.

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin maliyyələşdirilməsi 5,0 milyon lari artaraq 215,0 milyon lari təşkil edir. Gürcüstanın Ədliyyə Nazirliyinin maliyyələşdirilməsi 9,0 milyon lari artaraq 423,7 milyon lari təşkil edir. Xarici İşlər Nazirliyinin maliyyələşdirilməsi 2,2 milyon lari artaraq 189,7 milyon lari müəyyən edilir.