Gürcüstan Hava Limanları İttifaqı “EuroBasket 2025”də milli komandanın azarkeşləri üçün əlavə subsidiyalaşdırılmış çarter reysi təyin edib
Gürcüstan hökumətinin təşəbbüsü ilə Gürcüstan milli komandasının “EuroBasket 2025”də qazandığı tarixi uğur, 1/4 finala yüksəlməsi ilə əlaqədar Hava Limanları İttifaqı daha bir subsidiyalaşdırılmış uçuş təyin edib. Bu barədə Hava Limanları İttifaqı məlumat yayır.
Subsidiyalaşdırılmış reys 10 sentyabr tarixində saat 07:00-da Tbilisi Beynəlxalq Hava Limanından Riqa istiqamətində həyata keçiriləcək, azarkeşlər isə 11 sentyabr tarixində Gürcüstana qayıdacaqlar.
“Gürcüstan Hava Limanları İttifaqı tərəfindən subsidiyalaşdırılmış birtərəfli aviabiletin qiyməti 195 avro təşkil edir. Biletləri bu gün saat 20:00-dan etibarən TKTFLY.GE/eurobasket onlayn platformasında əldə etmək mümkün olacaq.
Reys, Gürcüstan milli komandasının Finlandiya milli komandasına qarşı 10 sentyabr tarixində, Gürcüstan vaxtı ilə saat 18:00-da keçiriləcək tarixi 1/4 final matçına tam uyğunlaşdırılıb.
Latviyanın paytaxtına subsidiyalaşdırılmış reyslə yalnız Tbilisi Beynəlxalq Hava Limanında “EuroBasket 2025” oyununa bilet təqdim edə bilən sərnişinlər səyahət edə biləcəklər”, – Gürcüstan Hava Limanları İttifaqının məlumatında qeyd olunub.