Gürcüstan dünyanın ən ucuz ölkələri onluğundadır
Gürcüstan dünyanın ən ucuz ölkələri onluğundadır

Gürcüstan dünyanın ən ucuz ölkələri onluğuna düşdü. Reytinqi “MoveHub” britan şirkəti tərtib etdi.

Müəlliflərin açıqlamasına görə, reytinqi tərtib edərkən Numbeo-nun göstəricilərindən istifadə etdilər. Göstəricilər bazası müxtəlif ölkələrdə qiymətlər haqqında məlumatı birləşdirir. Cəmi 50 komponent göstərilir, o cümlədən restoranlarda orta qiymətlər, bir şüşə şərabın və qəhvənin qiyməti və sair.

Reytinqə uyğun olaraq, Avropada ən ucuz yaşamaq Ukraynadadır, ikinci yerdə Kosovo, üçüncüdə isə Gürcüstandır.

Dünyada ən ucuz ölkələr arasında birinci yerdə Pakistandır. Beşliyə Misir, Hindistan və Tunis düşdü. Gürcüstan bu təqdirdə yeddinci yeri tutur. Onluğa Gürcüstanın qonşusu, Azərbaycan daxildir. Banqladeş və Aljir də onluqdadır.

Ən bahalı ölkə isə Bermund adalarıdır. Bu baxımından ikinci yerdə İsveçrədir. Bundan sonra İslandiya, Norveç və Bahamalar adaları gəlir. Bahalı ölkələr sırasına Lüksemburq, Danimarka, Sinqapur, Yaponiya və İsrail daxildir.