Gürcüstan Dəmir Yolları pis hava şəraiti ilə əlaqədar martın 1-2-də bir neçə reysi ləğv edir, reyslərin bir hissəsi isə bərpa olunacaq
Gürcüstan Dəmir Yolları pis hava şəraiti ilə əlaqədar martın 1-2-də bir neçə reysi ləğv edir, reyslərin bir hissəsi isə bərpa olunacaq

“Gürcüstan Dəmir Yolları” pis hava şəraiti ilə əlaqədar martın 1-2-də bir neçə reysi ləğv edir. Bu barədə Gürcüstan Dəmir Yolları məlumat yayır.

Dəmir yolunun məlumatına görə, martın ikisindən reyslərin bir hissəsi isə bərpa olunacaq.

“Gürcüstan Dəmir Yolları sizə bildirir ki, sabah, martın 1-də növbəti reyslər yerinə yetiriləcək: № 870/869 Tbilisi-Zuqdidi-Tbilisi; № 874 Tbilisi-Poti.

Martın 2-dən №874 /873 Tbilisi-Poti-Tbilisi (hər iki istiqamət) fəaliyyətə başlayacaq; Adi cədvəl üzrə reysləri: №802/801 Tbilisi-Batumi-Tbilisi; No 804/803 Tbilisi-Batumi-Tbilisi həyata keçirir.

Həmçinin, bildirək ki, 1-2 mart tarixlərində pis hava şəraiti ilə əlaqədar bir neçə reys ləğv edilir, yəni: № 854/853 Tbilisi-Ozurqeti-Tbilisi; №618/617 Tbilisi-Borcomi-Tbilisi; №686/685 Tbilisi-Borcomi-Tbilisi; № 682/681 Kutaisi-Batumi; № 684/683 Kutaisi-Batumi; No 613/614 Batumi-Ozurqeti.

Burada izah edək ki, “Gürcüstan Dəmir Yolları”nın bütün istiqamətlər üzrə reysləri mərhələli şəkildə bərpa olunacaq. Şirkət yaranan narahatlığa görə üzr istəyir. Ləğv edilmiş reyslərin biletlərinin haqqı sizə tam şəkildə ödəniləcək”, – “Gürcüstan Dəmir Yolları”nın yaydığı bəyanatda deyilib.