“Gürcüstan Dəmir Yolları” fevralın 27-də daha bir neçə reysin ləğv ilə bağlı məlumat yayır
Əlverişsiz hava şəraiti və güclü qarla əlaqədar Gürcüstan Dəmir Yolları fevralın 27-də daha bir neçə reysi ləğv edir. Bu barədə Gürcüstan Dəmir Yolları məlumat yayır.
Onların məlumatına görə, yaranan meteoroloji vəziyyət düzələn kimi reyslər bərpa olunacaq.
“Gürcüstan Dəmir Yolları əlavə olaraq bildirir ki, mövcud əlverişsiz hava şəraiti və güclü qarla əlaqədar bir neçə qatar reysi ləğv edilir, xüsusi ilə:
27 fevral:
#802/801 Tbilisi-Batumi;
#804/803 Tbilisi-Batumi;
#870/869 Tbilisi-Zuqdidi;
#874-873 Tbilisi – Poti;
№618/617 Tbilisi-Borcomi;
№686/685 Tbilisi-Borcomi;
Sərnişinlərə bilethaq tam ödəniləcək. Yaranan meteoroloji vəziyyət düzələn kimi Gürcüstanın Dəmir Yollarının reysləri bərpa olunacaq. “Gürcüstan Dəmir Yolları yaranmış narahatlığa görə üzr istəyir”, – Gürcüstan Dəmir Yollarının yaydığı məlumatda deyilib.
Məlumat üçün bildirək ki, Gürcüstan Dəmir Yolları 27-28 fevral tarixlərində reyslərin ləğv olunması ilə bağlı bu gün məlumat yayıb. Onların məlumatına görə, 27-28 fevral tarixlərində №854 Tbilisi-Ozurqeti; № 853 Ozurqeti-Tbilisi; No 6355/6356 Kutaisi-Rioni; № 6353/6354 Kutaisi -Rioni; № 682/681 Kutaisi-Batumi; № 684/683 Kutaisi-Batumi; № 613/614 Batumi-Ozurqeti; №618/617 Tbilisi – Borcomi; № 685 Borjomi-Tbilisi reysləri ləğv edilib.